Bulvarın bu hissəsinə şlaqbaum qoyulması etirazla qarşılandı

   Bulvarın bu hissəsinə şlaqbaum qoyulması etirazla qarşılandı
  19 Dekabr 2023    Oxunub:1033
Bakı bulvarının yeni salınan hissəsində- paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının yaxınlığında yeni bariyerlər quraşdırılır.
AzVision.az “Caliber”ə istinadən xəbər verir ki, bulvarın bu hissəsində avtomobillər üçün giriş tamamilə bağlanacaq. Sözügedən mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Vəziyyəti şərh edən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, sözügedən ərazi idarənin balansındadır və onun mühafizə zonasıdır. “Dənizkənarı Milli Park" haqqında əsasnaməyə görə, rəhbərlik parkın mühafizəsi üçün xüsusi rejim tətbiq etmək səlahiyyətinə malikdir. Bu da qanunla nəzərdə tutulub.

Əraziyə daimi gələnlər üçün heç bir maneə olmayacaq, onlara müvafiq vəsiqələr veriləcək”, - deyə Ə. Mehdiyeva məlumat verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə “Baku TV”yə bildirib ki, sözügedən ərazi ümumi istifadə üçün nəzərdə tutulan yoldur. Orada işlərin aparılmasına dair mütləq şəkildə rəsmi qaydada müraciət olunmalıdır.



AzVision.az



Teqlər:





Xəbər lenti