Küveytin yeni əmiri and içib
Qeyd edək ki, Əmirliyin Şurasının naziri Şeyx Məhəmməd əl-Abdullah əl-Mübarək əs-Sabah dekabrın 16-da Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfat etdiyini açıqlayıb. Həmin gün Küveyt Nazirlər Şurası vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın ölkənin yeni əmiri olduğunu elan edib.
Küveytin yeni əmiri Şeyx Məşəl 1940-cı il sentyabrın 27-də anadan olub, keçmiş əmir Şeyx Əhməd əl-Cabir əs-Sabahın 7-ci oğludur. İbtidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. Daha sonra təhsilini İngiltərədəki Hinden Polis Kollecində tamamlayıb.
Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Şeyx Məşəl 1967-1980-ci illərdə polkovnik rütbəsi ilə Dövlət Təhlükəsizliyi Qurumunun rəisi olub. O, 2004-cü il yanvarın 13-də Milli Qvardiyanın rəis müavini vəzifəsində çalışıb və vəliəhd şahzadə olana qədər bu işdə qalıb. Əmir Navafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd şahzadə təyin edilib.
Sələfi Şeyx Nevvafın qardaşı olan Küveyt əmiri Şeyx Məşəlin 7-si qız olmaqla 12 övladı var.
AzVision.az
Teqlər: