BMT İranda insan hüquqlarının pozulmasına dair qətnamə qəbul edib

   BMT İranda insan hüquqlarının pozulmasına dair qətnamə qəbul edib
  20 Dekabr 2023    Oxunub:844
BMT-nin Baş Assambleyasında İranda insan haqlarının geniş miqyasda pozulduğu barədə Kanadanın təklif etdiyi qətnamə səsverməyə çıxarılıb. Qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf səslə qəbul olunub.

AzVision.az xəbər verir ki, Qətnamədə İranda qeyri-fars millətlərin, dini azlıqların hüquqlarının geniş miqyasda və sistematik şəkildə pozulduğu qeyd olunub. İran hakimiyyətindən insan haqlarının hər hansı şəkildə pozulma faktlarına son qoyulması tələb edilib.

Habelə müxaliflərə işgəncə, amansız, insanlığa zidd və təhqiredici cəzaların verilməsi pislənilib.

Baş Assambleya İranda insan hüquqlarının pozulmasının digər növlərinə toxunaraq, eləcə də həbsxanalarda hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılımasını, qadın hüquqlarına riayət olunması tələbini qoyub.
AzVision.az



Teqlər: BMT   İran  





Xəbər lenti