Yəməndə Qəzzaya döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb

Yəməndə Qəzzaya döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb
  20 Dekabr 2023    Oxunub:835
Yəmənin şimalında Qəzza zolağına döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şiələrin “Ansar Alla” yarımhərbi qruplaşmasının Siyasi Bürosunun üzvü Xuzam Əsəd bildirib.

“Qəzza zolağında xalqımıza dəstək üçün ümumi xalq səfərbərliyinə gəlincə, o, bütün əyalətlərdə başladı, təlim düşərgələri açıldı, on minlərlə gənc könüllü olaraq hərbi vərdişlərə yiyələndi”, - o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti