Səudiyyə Ərəbistanı Qəzza zolağı üçün sülh planını açıqlayıb

Səudiyyə Ərəbistanı Qəzza zolağı üçün sülh planını açıqlayıb
  20 Dekabr 2023    Oxunub:894
Səudiyyə Ərəbistanı analitikləri Qəzza zolağında döyüşləri dayandırmaqla İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün sülh planı hazırlayaraq Fransa Xarici İşlər Nazirliyinə təqdim ediblər.
AzVision.az xəbər verir ki, bu barədə "Monde" qəzeti müvafiq sənədə istinadən xəbər verir.

Plana görə, HƏMAS qruplaşmasının hərbi rəhbərliyinin Əlcəzairə evakuasiya edilməsi, HƏMAS, İslami Cihad və FƏTH-i birləşdirən “keçid şurası”nın formalaşdırılması, onun prezident və parlament seçkilərinin təşkili məqsədi ilə dörd il müddətinə regionun idarə olunmasına məsul təyin olunması təklif edilir. Sənəddə BMT-nin mandatına uyğun olaraq Qəzzada ərəb sülhməramlı qüvvələrinin yerləşdirilməsi də təklif edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti