Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketi hazırlanır

Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketi hazırlanır
  21 Dekabr 2023    Oxunub:783
Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı həm 13, həm də 14-cü sanksiyalar paketini hazırlayır.
Bu barədə Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovski deyib. Siyasətçinin fikrincə, yeni tədbirlərin hazırlanması çox vaxt aparmayacaq. Estoniya parlamentinin deputatı Yana Toom əlavə edib ki, yeni sanksiyaların qəbulu təşəbbüsü böyük ehtimalla əsasən Baltikyanı ölkələrdən gələcək.

“Ancaq sanksiya aləti sonsuz deyil. Bunun hardasa həddi var və, yəqin ki, tezliklə ortaya çıxacaq”, – o, qəzetə deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti