İran hökumətinin güneylilərə qarşı diskriminasiya siyasəti ifşa olunub - VİDEO

   İran hökumətinin güneylilərə qarşı diskriminasiya siyasəti ifşa olunub -    VİDEO
  21 Dekabr 2023    Oxunub:991
İranın “Şərq” qəzetinin saytında çörək qazanmaq üçün Tehrana köçməyə və küçə ticarəti ilə məşğul olmağa məcburiyyətində qalan Əhər şəhərindən 5 azərbaycanlı mühacirin həyatından bəhs edən video reportaj yayımlanıb.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, reportaj azərbaycanlı gənclərin minlərlə acı hekayəsindən yalnız biridir. Rəsmi Tehranın anti-türk siyasəti ucbatından sistematik olaraq Güney Azərbaycanın şəhər və kəndlərindən didərgin düşən gənclər İranın böyük mərkəzi şəhərlərində gündəlik fəhlə və ya küçə ticarətçisinə çevrilməsinə çevrilirlər.

Reportaj Güney Azərbaycanın istismar edilməsi, nəhəng yeraltı və yerüstü sərvətlərinə rəğmən, əhalisinin bir tikə çörək ucbatından başqa şəhərlərə köçməli olduğunun əyani sübutudur.

Azərbaycanın qızıl, mis və sink mədənləri isə İranın anti-türk hökuməti tərəfindən talan edilərək ölkənin fars bölgələrinə daşınır.

AzVision.az



Teqlər: İran   güneylilər  





Xəbər lenti