"Cənubi Qafqaz münaqişə meydanına çevrilməməlidir" - Rəisi

   "Cənubi Qafqaz münaqişə meydanına çevrilməməlidir" -    Rəisi
  21 Dekabr 2023    Oxunub:890
"Cənubi Qafqaz regiondankənar qüvvələrin toqquşma meydanına çevrilməməlidir".
AzVision.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.

Rəisi qeyd edib ki, Tehran Cənubi Qafqaza sülh və əmin-amanlığa ehtiyacı olan mühüm region kimi baxır.

"İranın regiona münasibətdə siyasi xətti dəyişməyib. Qafqaz regionunun regiondankənar ölkələrin toqquşma və müdaxilə meydanına çevrilməməsinə diqqət yetirilməli, məsələlər region ölkələri tərəfindən həll edilməlidir".

Raisi Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinə də toxunub. Onun sözlərinə görə, İran bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə riayət etməklə Qafqaz regionu ilə kommunikasiya marşrutlarının və infrastrukturun açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir.

Bu yaxınlarda Tehranda keçirilən “3+3” görüşünün uğurla keçirildiyini vurğulayan İran prezidenti bunu regional əməkdaşlıq və normallaşmanın gücləndirilməsi üçün konstruktiv addım adlandırıb.

Qeyd edək ki, “3+3” qrupunun (əslində, Gürcüstan hələ də platformanın işində iştirak etmədiyi üçün “beşlik” - red) ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib - Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyə. Digər görüş, bu dəfə beş ölkənin nazirlərinin iştirakı ilə 2023-cü ilin oktyabrında İranda keçirilib. Növbəti görüş 2024-cü ildə Türkiyədə baş tutacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti