İran Avrasiya İttifaqının tərəfdaşına çevrilir

İran Avrasiya İttifaqının tərəfdaşına çevrilir
  21 Dekabr 2023    Oxunub:829
İranın Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrinin dərinləşməsi onu bu qurumun mühüm tərəfdaşlarından birinə çevirir.
AzVision.az “İRNA” agentliyinə istinadən bildirir ki, Avrasiya İqtisadi İttifaqının ticarət naziri Andrey Slepnev belə bəyanat verib.

İranın Moskvadakı səfiri Kazim Cəlali ilə görüşündə Slepnev Rusiyanın Sankt-Peterburq şəhərində bu ittifaqın İran ilə azad ticarət sazişinin imzalanması planlaşdırılan məsələyə toxunub.

“Bu saziş Avrasiya İqtisadi İttifaqı ilə İran arasında ən mühüm əməkdaşlıq sənədidir. İran bu sənədi imzalamaqla Avrasiya İttifaqının mühüm tərəfdaşlarından birinə çevriləcək”, - Slepnev deyib.

İranın Moskvadakı səfiri Cəlali ölkəsinin Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişini intensiv danışıqların və tərəflərin münasibətlərini inkişaf etdirmək iradəsinin nəticəsi kimi qiymətləndirib.
AzVision.az



Teqlər: İran   Avrasiya  





Xəbər lenti