Mirzoyan KTMT-nin baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

 Mirzoyan KTMT-nin baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
  21 Dekabr 2023    Oxunub:1389
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov ilə regiondakı vəziyyəti müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. Baş katib KTMT-nin noyabrda Minskdə keçirilən sammitinin və təşkilatın Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclasının nəticələrini erməni nazirə təqdim edib.

Görüş zamanı Mirzoyan və Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi kommunikasiyaların inkişafına yönəlmiş layihələr barədə müzakirə aparıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti