Praqada universitetdə atışma: 15 nəfər ölüb - YENİLƏNİB

   Praqada universitetdə atışma:   15 nəfər ölüb - YENİLƏNİB
  21 Dekabr 2023    Oxunub:1737
Çexiyanın paytaxtı Praqada Karlov Universitetinin fəlsəfə fakültəsində baş verən atışmada 15-dən çox adam həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı 24 nəfər xəsarət alıb. Polis atəş açan şəxsi zərərsizləşdirib.

Daha əvvəl Çexiya mediası 10 qurban və 9 yaralı olduğunu bildirmişdi.

***

Çexiyanın Praqa şəhərində Yana Palaxa meydanında yerləşən universitetdə naməlum şəxs atəş açıb, ölənlər və yaralananlar var.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisə yerində ölənlərin və yaralananların olduğunu təsdiqləyib.

İlkin məlumata görə, ən azı 10 nəfər ölüb.

Bildirilir ki, atışma nəticəsində doqquz nəfər ağır yaralanıb. Həmçinin orta dərəcəli və yüngül xəsarətlərlə yaralananlar var.

Məlumata görə, hadisəni törədən şəxs polislər tərəfindən zərərsizləşdirilib. Cinayətkarın əlbirləri olmayıb.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan birbaşa təhdidin olmadığını qeyd edib.

Qeyd edək ki, atışmanın baş verdiyi ərazidə Karlova Universitetinin Fəlsəfə fakültəsi və İncəsənət, Memarlıq və Dizayn Akademiyası yerləşir.

AzVision.az


Teqlər:





Xəbər lenti