ABŞ qoşunlarını Danimarkada yerləşdirəcək

ABŞ qoşunlarını Danimarkada yerləşdirəcək
  22 Dekabr 2023    Oxunub:945
ABŞ dövlət katibi Antoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Vaşinqtonda ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar.
On il müddətinə nəzərdə tutulan saziş ABŞ-yə qısa və uzunmüddətli perspektivdə Danimarka ərazisində qoşun və hərbi texnika yerləşdirməyə imkan verəcək. Vaşinqton həmçinin Danimarkanın üç hava bazasına çıxış əldə edəcək.

Xatırladaq ki, bazar ertəsi ABŞ Finlandiya ilə oxşar ikitərəfli saziş imzalayıb. Sənəd ABŞ qoşunlarına respublika ərazisindəki 15 hərbi bazaya giriş imkanı verib.

AzVision.az


Teqlər:





Xəbər lenti