Fransa ilə Ermənistan arasında hərbi məsləhətləşmə olub

Fransa ilə Ermənistan arasında hərbi məsləhətləşmə olub
  22 Dekabr 2023    Oxunub:1191
Fransa və Ermənistan müdafiə nazirliklərinin nümayəndələri Parisdə siyasi-hərbi məsləhətləşmə aparıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yığıncaqda Ermənistanı Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan, Fransadan isə Silahlı Qüvvələrin beynəlxalq əlaqələr və strategiya idarəsinin rəisi Elis Rufo iştirak edib.

Bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik problemlərini araşdırıb, ikitərəfli maraq doğuran məsələlərə toxunublar. Məsləhətləşmələr zamanı bir sıra razılaşmalar əldə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti