AFP: "Fransa qoşunlarının Nigerdən tamamilə çıxardıb"
Niger ordusunun leytenantı Salim İbrahim qeyd edib ki, bu gün Fransız qoşunlarının Saheldəki mövcudluğunun sona çatdığının tarixidir.
İbrahim bildirib ki, mərasim Niger Ordusunun Baş Qərargah rəisi polkovnik Maman Sani Kiau və Fransanın Saheldəki qüvvələrinin komandanı general Erik Ozannın birgə sənədin imzalanması ilə başa çatıb. Mətnin imzalanması Toqonun Baş Qərargah rəisi və ABŞ hərbi attaşesinin iştirakı ilə baş tutub. Hava bazası Niger ordusunun istifadəsinə verilib.
İbrahimin sözlərinə görə, qoşunların çıxarılması zamanı heç bir ciddi insident qeydə alınmayıb.
AzVision.az
Teqlər: