Türkiyə ordusunun 6 hərbçisi şəhid olub

 Türkiyə ordusunun 6 hərbçisi şəhid olub
  23 Dekabr 2023    Oxunub:997
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.

Məlumata görə, terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti