Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terroru qınayıb

   Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terroru qınayıb
  23 Dekabr 2023    Oxunub:1040
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.
Bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

AzVision.az


Teqlər:





Xəbər lenti