Böyük Britaniyanın İrandakı səfiri Çillə gecəsində rəqs edib - VİDEO

Böyük Britaniyanın İrandakı səfiri Çillə gecəsində rəqs edib -  VİDEO
  23 Dekabr 2023    Oxunub:1591
Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerklifin “Yəlda (Çillə) gecəsi” ilə bağlı rəqsini əks etdirən video-material sosial şəbəkələrdə geniş rezonans doğurub.

AzVision.az “Azad İran” teleqram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, videonu izləyənlərin çoxu əcnəbi səfirin iranlıların mədəniyyətini və mentalitetini iranlı səfirlərdən daha yaxşı bildiyini söyləyiblər.

Sosial şəbəkə iştirakçıları İran rəsmilərinin “Yəlda gecəsi”ni adətən rəsmi bayram kimi qeyd etmədikləri halda, başqa ölkənin İrandakı rəsmisinin bunu qeyd etdiyinə diqqət çəkiblər.

AzVision.az


Teqlər: səfir   rəqs  





Xəbər lenti