Teryan: “İran Ermənistana öz limanlarına giriş imkanı verməyə razı olub”

      Teryan:    “İran Ermənistana öz limanlarına giriş imkanı verməyə razı olub”
  23 Dekabr 2023    Oxunub:1316
İrəvan və Tehran arasında sahəvi əməkdaşlıq üzrə saziş imzalanmasından sonra Ermənistan İranın limanlarından daha sərfəli şərtlər əsasında istifadə edə biləcək.
AzVision.az bildirir ki, “Sputnik Armeniya” agentliyinə müsahibəsində Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan belə açıqlama verib.

Erməni məmurun sözlərinə görə, İrəvan və Tehran dekabrın əvvəlində sahəvi əməkdaşlıq üzrə memorandum imzalamaq barədə razılığa gəliblər. Bu sənəd isə Ermənistana İran limanlarından istifadə etmək imkanı verəcək.

“Hazırda tərəflər danışıqlar aparır və sənədin imzalanmasına dair razılıq əldə olunub. Ermənistan tərəfi sənəd imzalandıqdan sonra xüsusən İranın üç əsas limanından – Ənzəli, Bəndər-Abbas, Çabahar limanlarından sadələşdirilmiş qaydada istifadə edə biləcək”, - Teryan deyib.

O, bu təşəbbüsn “Sülh qovşağı” layihəsinin məntiqi ilə uzlaşdığını, Çabahar limanında İrəvanın operatorluq fəaliyyətinə gəldikdə isə, məsələnin İran və Hindistanla müzakirə mərhələsində olduğunu bildirib.
AzVision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti