Tehranda Fələstinlə bağlı beynəlxalq konfrans keçiriləcək

Tehranda Fələstinlə bağlı beynəlxalq konfrans keçiriləcək
  23 Dekabr 2023    Oxunub:1492
Fələstin üzrə Tehranda keçiriləcək bir günlük Beynəlxalq konfransda dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış siyasi, dini, ziyalı və media xadimləri iştirak edəcək.
AzVision.az bildirir ki, İranın xarici işlər nazirliyinin sözçüsü Nasir Kənani belə açıqlama verib.

“Bu konfrans Qəzza və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına beynəlxalq dəstəyi gücləndirmək, Qəzzaya qarşı hərbi hücumların tamamilə dayandırılması və onun mühasirəsinin aradan qaldırılması üçün sionist rejimə təzyiqlərin gücləndirilməsi, həmçinin Fələstin xalqına beynəlxalq humanitar yardımın göndərilməsini hərəkətləndirmək məqsədi ilə keçirilir”, - Kənani deyib.

İranlı məmur konfransın keçirilməsini İranın məzlum Fələstin və qəhrəman Qəzza xalqının müqavimətinə dəstək istiqamətində diplomatik səylərinin davam etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirib.
AzVision.az


Teqlər: Fələstin   konfrans  





Xəbər lenti