Pakistandan İrana sərt xəbərdarlıq - Ordu döyüşə hazır vəziyyətə gətirildi

      Pakistandan İrana sərt xəbərdarlıq -    Ordu döyüşə hazır vəziyyətə gətirildi
  18 Yanvar 2024    Oxunub:1414
Pakistan silahlı qüvvələri son dərəcə yüksək hazırlıq vəziyyətinə gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, İran tərəfinin istənilən aqressiyası güc yolu ilə dayandırılacaq.

Pakistan İrandakı hədəflərə raket və pilotsuz təyyarələrlə hücum etdi
Bundan öncə isə İranın cənub-şərqində partlayışlar baş verməsi barədə məlumat yayılmışdı.
Pakistan kəşfiyyatından olan yüksək rütbəli mənbə AFP-yə bildirib ki, ölkəsi İran ərazisindəki hədəflərə hücum edib.

Qeyd edək ki, İran bir neçə gün əvvəl İraq və Suriya ilə yanaşı Pakistandakı hədəflərə zərbələr endirib. Tehran iddia edib ki, Pakistandakı hədəflər "Ceyş əl-Ədl" adlı terror qruplaşmasının qərargahı olub. Bundan sonra Bağdad və İslamabad Tehrandan səfirlərini geri çağırıblar.

Pakistan rəsmiləri Tehranın bu qeyri-qanuni hərəkətini cavabsız qoymayacağına söz verdilər.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian isə bəyan edib ki, Tehran Pakistanın suverenliyinə hörmət edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Pakistan  





Xəbər lenti