İran Pakistanın hücumu nəticəsində ölənlərin sayını açıqladı

 İran Pakistanın hücumu nəticəsində ölənlərin sayını açıqladı
  18 Yanvar 2024    Oxunub:1619
Yanvarın 18-nə keçən gecə Pakistanın İran ərazisinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Nəşr əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavininə istinad edib.

Pakistandan İrana sərt xəbərdarlıq - Ordu döyüşə hazır vəziyyətə gətirildi
Onun sözlərinə görə, ölənlərin hamısı Pakistan vətəndaşlarıdır. Dörd ev isə dağılıb. Agentliyin məlumatına görə, 3 PUA İran əyalətinə yerli vaxtla saat 04:00-da zərbələr endirib.

Xatırladaq ki, Pakistan yanvarın 18-nə keçən gecə İranın Sistan və Bəlucistan əyalətinin sərhəddə yerləşən Seravan rayonuna zərbələr endirib. Hədəf “anti-Pakistan qrupları” olub.

İran bir neçə gün əvvəl İraq və Suriya ilə yanaşı Pakistandakı hədəflərə zərbələr endirib. Tehran iddia edib ki, Pakistandakı hədəflər "Ceyş əl-Ədl" adlı terror qruplaşmasının qərargahı olub. Bundan sonra Bağdad və İslamabad Tehrandan səfirlərini geri çağırıblar.

Pakistan rəsmiləri Tehranın bu qeyri-qanuni hərəkətini cavabsız qoymayacağına söz verdilər.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian isə bəyan edib ki, Tehran Pakistanın suverenliyinə hörmət edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Pakistan  





Xəbər lenti