Təyyarə qəzasından sağ çıxdılar - VİDEO

 Təyyarə qəzasından sağ çıxdılar    - VİDEO
  22 Yanvar 2024    Oxunub:988
Xəbər verdiyimiz kimi dünən Əfqanıstanda təyyarə qəzası baş verib.
Qəza zamanı təyyarədə olan Rusiya vətəndaşlarından bir neçəsi sağ qalıb. Əfqanıstanın “Hurriyet News” radiosu sağ qalan rusların fotolarını yayıb.

Əfqanıstandakı təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Fotoda pilotlar Dmitri Belyakov və Arkadi Qraçov, həmçinin həkim Pavel Popov əks olunub. İlkin məlumata görə, şəkildə düşməyən ikinci həkim İqor Sıvorotkin də ciddi xəsarət almayıb.

Xatırladaq ki, yanvarın 21-də "Falcon 10" təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya özəl uçuş həyata keçirirmiş. Təyyarədə altı nəfər - dörd ekipaj üzvü və bir neçə sərnişin olub. Anna Evsyukova adlı sərnişin ağır vəziyyətdə Tailand xəstəxanasından Rusiyaya təxliyə edilirmiş. Onu həyat yoldaşı müşayiət edib. Hər iki şəxsin sahibkar olduğu bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Qəza  





Xəbər lenti