İmran Xana 10 il iş verildi

   İmran Xana 10 il iş verildi
  30 Yanvar 2024    Oxunub:861
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xanı və partiya sədrinin müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureyşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edərək 10 il həbs cəzasına məhkum edib.
Hökmü Ravalpindidəki Adiala həbsxanasının xüsusi məhkəməsinin hakimi Xan və Qureşinin iştirakı ilə elan edib.

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti