40-a yaxın bağça müdiri işdən çıxarılıb - Eşqi Bağırov

   40-a yaxın bağça müdiri işdən çıxarılıb -    Eşqi Bağırov
  18 Aprel 2024    Oxunub:791
Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, monitorinqlər çərçivəsində 40-a yaxın müdir işdən çıxarılıb:

"Eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisəsinin müdirinə töhmət, şiddətli töhmət və xəbərdarlıq verilib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti