Həm yay, həm qış... | Azərbaycanın turizm strategiyasında nələr var

  Həm yay, həm qış... |  Azərbaycanın turizm strategiyasında nələr var
  15 İyun 2024    Oxunub:766
İyunun 15-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib ki, ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlar mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də Azərbaycanı cəlbediciliyini artırmaqdır.
Yay turizm mövsümünə start verildi

O, hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq, kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu məhsulların mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində aktiv marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.

Həmçinin qeyd edilib ki, 2023-cü ildə gəlmə turizmindən əldə edilən gəlirlər 2022-ci illə müqayisədə 82 faiz artıb. Ümumi turizm gəlirləri isə 2023-cü ildə 2019-cu illə müqayisədə 9 faiz artıb. Ötən il qeyri neft-qaz sahəsi üzrə turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 3,5 faiz olub.

Səbinə Həsənova
AzVision.az


Teqlər:   Turizm  





Xəbər lenti