Qaluzin: Erməni “platformasından” istifadə edən Qərb regionda gərginlik yaratmaq istəyir

      Qaluzin:    Erməni “platformasından” istifadə edən Qərb regionda gərginlik yaratmaq istəyir
  18 İyun 2024    Oxunub:1361
Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, Qərbin məqsədi erməni “platformasından” istifadə edərək regionda növbəti gərginlik mənbəyi yaratmaqdır.

“Qərb paytaxtlarında bu respublikanın sosial-iqtisadi vəziyyətini və təhlükəsizliyini sakitcə təhlükə altına atmağa hazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu bizim ümumi inteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar”, -deyə M.Qaluzin qeyd edib.

Diplomatın vurğuladığı kimi, Moskva dəfələrlə və müxtəlif səviyyələrdə narahatlıq doğuran məsələləri müzakirə etməyə hazır olduğunu İrəvana çatdırıb.

“Eyni zamanda, müxtəlif təşəbbüslərimizə heç bir cavab almamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin vədlərinin illüziya mahiyyətini, həmçinin respublikanın suverenliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya ilə münasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədər siyasi müdrikliyə malik olacaq”, - deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti