İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqləndi

   İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqləndi
  07 İyul 2024    Oxunub:1638
İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib. Bu barədə IRNA məlumat yayıb.
“Bir neçə saat əvvəl biz prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılmasını başa çatdırdıq və nəticələri təsdiq etdik”, - agentlik şuranın nümayəndəsi Hadi Tahan Nazifin sözlərini sitat gətirir.

Onun sözlərinə görə, ikinci turda iştirak edənlərdən heç biri şikayət etməyib. İndi seçkinin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Daha sonra onun ofisi ölkənin yeni prezidentinin andiçmə mərasiminin tarixini açıqlayacaq. Bundan sonra qalib namizəd, islahatçıların nümayəndəsi Məsud Pezeşkianın 4 illik səlahiyyət müddəti başlayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti