İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb
  09 Sentyabr 2024    Oxunub:609
İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.

"Bu gün, sentyabrın 9-da İsveç hökuməti Ukraynaya 17-ci hərbi yardım paketini təqdim edib. 444 milyon dollarlıq yardım paketi Ukraynanın hərbi ehtiyaclarını qarşılayacaq", - məlumatda deyilir.

İsveç, həmçinin Kiyevə bu il ərzində müxtəlif təşəbbüslər üçün 700 milyon İsveç kronu (67,5 milyon dollar) məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralından İsveç Kiyevə 4,6 milyard dollardan çox hərbi dəstək verib.

AzVision.az



Teqlər:





Xəbər lenti