"Kilsə Rusiya ilə qardaşlıq münasibətlərində avanqard olmalıdır" - Acapaxyan

"Kilsə Rusiya ilə qardaşlıq münasibətlərində avanqard olmalıdır"    - Acapaxyan
  10 Sentyabr 2024    Oxunub:755
"Dövlətlər arasında normal münasibətlərin, o cümlədən Ukrayna münaqişəsinin həlli üçün Rusiya Federasiyası və Ermənistan kilsələri dostluq münasibətlərini saxlamalıdır".
Bu fikri erməni arxiyepiskop Mikael Acapaxyan “İzvestiya”ya müsahibəsində deyib.
O qeyd edib ki, "İki kilsə, iki xalq və iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərini qorumaq üçün Ermənistanla Rusiya kilsəsi avanqardda olmalıdır".

Arxiyepiskop Ukrayna pravoslav kilsəsi ətrafında baş verən hadisələrdən xeyli narahat olduğunu qeyd edib. Din xadimi istənilən halda erməni apostol kilsəsinin rus pravoslav kilsəsi ilə dostluq və harmoniya içində olacağına söz verib: "Və hər hansı fikir ayrılığı yaranarsa, onlar həll olunacaq".
Tural Tağıyev
AzVision.az



Teqlər: Kilsə  





Xəbər lenti