O, “Zerkalo” klubunda keçirdiyi mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makronu tənqid edib.
Siyasətçi qeyd edib ki, Makron erməni xalqının tarixdə ən böyük düşmənlərindən biridir. Çünki Fransa prezidenti oktyabrın 6-da Praqada Qarabağın Azərbaycan ərazisi kimi tanınması ilə bağlı bəyannaməni imzalayan siyasətçilərdən biri olub. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri baş nazir Nikol Paşinyala Şarl Mişeli də erməni xalqının düşmənləri sırasına daxil edib.
Qeyd edək ki, Kazaryan da revanşist siyasətçilərdən sayılır. O, Ermənistan rəhbərliyinə qarşı sərt
açıqlamaları ilə seçilir.
Tural Tağıyev
AzVision.az