Ohanyan və Xaçaturov "alçaq, cinayətkar!" şüarları ilə qarşılandı - VİDEO

   Ohanyan və Xaçaturov  "alçaq, cinayətkar!"  şüarları ilə qarşılandı    - VİDEO
  23 Sentyabr 2024    Oxunub:816
Erməni ictimai fəal Vardqes Qaspari Qarabağda hərbi cinayətlər törətmiş keçmiş hərbi məmurlara qarşı təkbaşına aksiya keçirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. O, məhkəmə binası qarşısında şüarlar səsləndirib. Məhkəməyə gələn Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi Yuri Xaçaturov ünvanına səslənən təhqirlərə reaksiya verməyib.

Dili uzanan fərari: Seyran Ohanyan əslində harada olmalıdır
Bundan başqa, digər hərbi cani, keçmiş müdafiə naziri Seyran Ohanyan da “alçaq, cinayətkar” şüarları ilə qarşılanıb. Yalnız vəkil Mihran Poqosyan ictimai fəala cavab verib: “Sənə psixiatriya xəstəxanasında yatmaq lazımdır, əzizim”.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatası hərbi canilər, eks-prezident Robert Koçaryan, Seyran Ohanyan və digər sabiq vəzifəli şəxslərin ittiham olunduğu cinayət işi üzrə çıxarılmış qərarı dərc etmişdi. Adları çəkilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə əvvəlki məhkəmə qərarı ləğv edilib. İş yenidən araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə   Ermənistan   Hərbi-Cani   Aksiya  





Xəbər lenti