İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif istefa verdi

İranın strateji məsələlər üzrə vitse-prezidenti    Cavad Zərif istefa verdi
  03 Mart 2025    Oxunub:702
İran prezidenti Məsud Pezeşkian hələlik Məhəmməd Cavad Zərifin bəyanatını qəbul etməyib.
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmətinin impiçmenti elan edildikdən sonra istefa verib. AzVision.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, vitse-prezident istefa ərizəsini İran Məclisinin (birpalatalı parlament) bugünkü iclasından sonra təqdim edib. Qeyd olunur ki, prezident Məsud Pezeşkian hələ Zərifin bəyanatını qəbul etməyib.

Qeyd edək ki, İranın hazırkı hökumətinin formalaşmasından sonra ikinci dəfədir ki, Zərif istefaya cəhd edir. O, ilk dəfə vəzifəyə başlayandan 10 gün sonra, avqustun 11-də prezidentə istefa ərizəsini təqdim etmişdi. O, qərarını Pezeşkian prezident seçiləndən sonra yaradılan və nazirlər kabinetinə namizədlərin seçilməsinə cavabdeh olan məsləhət şurasının rəhbəri kimi “öz işindən narazılığı” ilə izah etmişdi. Həmin vaxt prezident onun istefasını qəbul etməyib, qalmağa razı salmışdı.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti