Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi

Siyasətçi Dövlət Mühafizə Xidmətinin vəsaitlərini şəxsi ehtiyacları üçün mənimsəməkdə ittiham olunurdu. Bura geyimlər, oğlunun təhsili, avtomobil icarəsi, kosmetik prosedurlar və s. kimi məsələlər aid edilib.
Cəza müddəti Saakaşvilinin həbs edildiyi andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, o, 2030-cu il oktyabrın 1-də azadlığa buraxılacaq.
Eyni zamanda, onun barəsində 2007-ci il noyabrın 7-də baş vermiş hadisələr və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri də davam etdirilir.
Məhkəmə Gürcüstanın eks-prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib. Lakin o, cəmi 3000 lari (1000 dollardan çox-red.) məbləğində cərimə ilə azadlığa çıxıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: