Ərdoğan: "Bakı-Tbilisi-Qars"ın tam gücü ilə işləməsini istəyirik"

    Ərdoğan:    "Bakı-Tbilisi-Qars"ın tam gücü ilə işləməsini istəyirik"
  12 Aprel 2025    Oxunub:835
"Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tam gücü ilə fəaliyyətə başlamasını istəyir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib.

Türkiyə lideri Gürcüstanla dostluq və əməkdaşlığın hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.

O, rəsmi Ankaranın Gürcüstanın ərazi bütövlüyü və və suverenliyini dəstəkləməyə davam edəcəyini bildirib.

Liderlər, həmçinin digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.


Teqlər: Nəqliyyat  





Xəbər lenti