Dipfeyk məzmun federal cinayət sayılacaq

   Dipfeyk məzmun federal cinayət sayılacaq
  29 Aprel 2025    Oxunub:513
ABŞ Konqresinin Nümayəndələr Palatası süni intellektlə (Sİ) yaradılan dipfeyk ("deepfake") məzmunun virtual aləmdə paylaşılmasını federal cinayət sayan qanun layihəsini təsdiqləyib.
Yerli mətbuatın məlumatına görə, söhbət əsas etibarilə şəxslərin razılığından kənar paylaşılan cinsi məzmunlu saxta şəkil və videolardan gedir. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melanya Tramp da bu qanunu dəstəkləyir.

Qanun layihəsi Nümayəndələr Palatasında səsvermədə 409 lehinə, 2 əleyhinə səslə təsdiqlənib. Beləliklə, sözügedən məzmun qanun çərçivəsində federal cinayət sayılacaq. Eyni zamanda, zərərçəkənlərin tələbi ilə həmin məzmunlu foto və videoların internet portallarından, sosial şəbəkə platformalarından 48 saat ərzində silinməsi məcburi hala gətiriləcək.

Hazırda qanunun ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   dipfeyk   qadağa   qanun  





Xəbər lenti