Kopenhagendə avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər yaralanıb

Kopenhagendə avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər yaralanıb
  30 Aprel 2025    Oxunub:276
Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Danimarkanın TV-2 telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.

AzVision.az





Teqlər:





Xəbər lenti