Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib
  18 May 2025    Oxunub:276
Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti