Zaxarova: "Bakı və Moskva terrorçuluqla mübarizədə əməkdaşlıq edir"

“Müvafiq qanunvericilik bazası yaradılıb və formalaşdırılıb, ölkələrimizin hüquq-mühafizə orqanları ilə xüsusi xidmət orqanları arasında əməkdaşlıq kanalları səmərəli fəaliyyət göstərir. Ona görə də, biz həm qarşılıqlı maraqların, həm də bunun üçün səy və imkanların birləşdirilməsinin zəruriliyini nəzərə alaraq antiterror istiqamətində bu işi gücləndiririk”, - rusiyalı diplomat vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ardıcıl olaraq “ümumbəşəri və bölünməz təhlükəsizliyin qorunması maraqlarına cavab verən ədalətli dünya nizamının formalaşdırılmasının zəruriliyi ideyasını” təbliğ edir.
Sahil İsgəndərov