`Rusiya Qarabağda düşmənçiliyi qızışdırır` - Erməni KİV

`Rusiya Qarabağda düşmənçiliyi qızışdırır` - Erməni KİV
  03 İyul 2015    Oxunub:4391
Rusiya Azərbaycan və Ermənistan arasında düşmənçiliyi gücləndirir.

Ötən gün Ermənistan parlamenti ölkəyə güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişi ratifikasiya edib. 200 milyon dollara Ermənistan Rusiya istehsalı hərbi texnika və silah almalıdır. Lakin həmin məbləğə konkret olaraq nəyin alınacağı sirr saxlanılır.

AzVision.az bu barədə Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir.

“Fikirlər var ki, Rusiya bununla Ermənistan və Azərbaycanın hərbi-texniki imkanlarını bərabərləşdirir və ya yaxınlaşdırır. Bununla da, Bakının silahlanma yarışını davam etdirmək və Yerevan üzərində üstünlüyü ələ almaq üçün yeni milyardlar xərcləməkdən başqa çarəsi qalmır. Belə görünür ki, Ermənistana təqdim edilən 200 milyon dollar Azərbaycanın Rusiyaya 2-3 milyard dollarlıq sifariş verməsi ilə nəticələnəcək. Bu böyük dövlət vaxtaşırı iki ölkə arasında düşmənçiliyi gücləndirir”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti