Rihannadan gözlənilməz rekord

Rihannadan gözlənilməz rekord
  03 İyul 2015    Oxunub:2586
Amerikalı müğənni Rihanna rəqəmsal mahnı satışına görə tamamilə rekorda imza atıb.
AzVision.az `BBC`yə istinadən xəbər verir ki, o, dünyada sinqllarının satışının sayı 100 milyonu keçən ilk müğənni olub.

Bununla da Rihanna Teylor Sfivt (88 milyon) və Keti Perrini (79 milyon) geridə qoyub.

Rihanna indiyə qədər 37 sinql buraxıb. “Billboard” çartına başçılıq edən sinqllarının sayına görə, Rihanna Maykl Ceksonla üçüncü pilləni bölüşür. Öz karyerası ərzində müğənninin 7 milyondan çox albomu satılıb. Rihanna həmçinin 7 “Qremmi” də daxil olmaqla 300-dən çox mükafat alıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti