Ermənistanda yenidən etirazlar gözlənilir

Ermənistanda yenidən etirazlar gözlənilir
  04 İyul 2015    Oxunub:3010
Əllərində Avropa bayraqları Yerevanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı aksiyaya qatılmaq istəyən sovet dissidenti, ömrünün 17 ilini düşərgələrdə keçirmiş Paruyr Hayrikyanla tərəfdaşları aksiya iştirakçıları tərəfindən hücuma məruz qalıb.

Onlarla aksiya iştirakçısı “tək milli üçrəngli bayrağımız”, “bu provokasiyadır”, “bura Avropa deyil, bura Ermənistandır” qışqıraraq Milli Müqəddərat Birliyinin lideri Paruyr Hayrikyanın və tərəfdaşlarının əlindən Avropa bayraqlarını alıb yerə atıb, tapdalayıblar.

Gənclər əllərində Avropa bayrağı tutan qadın və kişiləri əhatəyə alıb, sıxışdırıb Bağramyan prospektindən çıxarmağa çalışıblar.

Paruyr Hayrikyan izah edib ki, Ermənistan sivil dünyanın bir hissəsi olmalıdır və xatırladıb ki, vətəndaşlar haqq-ədalət üçün nə Rusiya, nə Çin, nə də başqa, Avropa Məhkəməsinə müraciət edirlər.

İyunun 23-də polis tərəfindən zorakılığa məruz qalan 16 nəfər, o cümlədən, jurnalistlər də Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

10 gün əvvəl burada su şırnaqları ilə nümayişçiləri və jurnalistləri qovan polis, zibil qutularından yaradılmış barrikada arxasından bu yana keçməyib.

Təxminən yarım saatdan sonra etiraz aksiyalarının koordinatorlarının müdaxiləsindən sonra ara sakitləşib.

“Provokasiya”



Elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbilə aksiyanın koordinatorlarından David Sanasaryan Avropa bayraqlarını “təhqir” edənləri pisləyib.

“Bu, irqçilikdir. Heç bir - istər Türkiyə, istər Rusiya, istərsə Çin və ya başqa - ölkə bayrağının tapdalanması bizim üçün yol verilməzdir. Bu, azad vətəndaş prinsipinə ziddir”, - aksiya fəalı qeyd edib.

Bununla belə, David Sanasaryan Avropa bayraqları ilə nümayişə gəlməyi “provokasiya” hesab edir.

“Mən özüm avrointeqrasiya tərəfdarıyam, lakin biz konsensusa gəlmişik ki, burada yalnız Ermənistan dövlət bayrağı ucalmalıdır. Bizim Hayrikyana böyük hörmətimiz var, lakin biz onu xəbərdar etmişdik ki, elə şey eləməyin, təxribat baş verər”, - Sanasaryan deyir.

Bəzi təhlilçilər Yerevanın mərkəzində iyunun 19-dan başlanan fasiləsiz oturaq tətilini Ukrayna Maydanı ilə müqayisə edirlər və xüsusilə Rusiya mətbuatında “sadəcə sosial tələb” irəli sürdüyünü bəyan edən etirazçıların arxasında Qərbdən maliyyələşdirilən qüvvə dayandığı güman edilir.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyincə Bağramyan prospektini tərk etməyə hazırlaşmırlar.

Prospektdə nəqliyyatın hərəkəti bərpa olunmayıb, lakin dünəndən xüsusi polis texnikası prospektdən çıxarılıb, zibil qutularından yaradılmış barrikadaların o biri tərəfində bir polis minik maşını dayanır. (BBC)


Teqlər:





Xəbər lenti