Qaribaşvilidən Azərbaycana təşəkkür

Qaribaşvilidən Azərbaycana təşəkkür
  04 İyul 2015    Oxunub:2257
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 14-də ölkəsində baş verən təbii fəlakətlə əlaqədar göstərilən yardıma, eləcə də diqqətə görə Azərbaycan dövlətinə və hökumətinə, eləcə də Türkiyə və digər dövlətlərin rəhbərlərinə minnətdarlıq edib.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş nazirin şəxsən Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefon danışıqları olub. Baş nazir deyib: “Yardım təkliflərini Ukrayna, Rusiya və Avropa İttifaqı ölkələrindən də almışıq. Bunları yüksək qiymətləndiririk və hər birinə minnətdarlığımızı bildiririk”.


Teqlər:





Xəbər lenti