Tiflisdə bayrağımızı təhqir edənlər sərt cəzalanacaq
Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verdiyini deyən baş nazir:
“Azərbaycan və onun xalqı ilə strateji münasibətlər ölkəmiz üçün çox əhəmiyyətlidir. Gürcü hökumətinin rəhbəri kimi qəti sürətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək” – deyə, əlavə edib.
Qeyd edk ki, Avropa Liqası çərçivəsində iyunun 2-də "Dinamo" (Tbilisi) və “Qəbələ” komandaları arasında keçirilən oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib. Bundan başqa, oyun zamanı onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini Gürcüstan ərazisi kimi göstərən banner asıblar. Daha sonra polisin müdaxiləsi ilə banner yığışdırılıb.
Teqlər: