Yunanıstanın taleyi həll olunur

Yunanıstanın taleyi həll olunur
  05 İyul 2015    Oxunub:2118
Bu gün Yunanıstanda referendum keçirilir.
Bu, ölkə tarixində ən tez hazırlanıb keçirilən ümumxalq səsverməsidir. Vaxt o qədər az olub ki, səsvermənin harada keçiriləcəyi barədə elan hazırlamağa belə imkan tapılmayıb.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb, axşam saat 7-də isə bağlanacaq. Yalnız qeydiyyat yerində səs vermək mümkündür. Odur ki, bu istirahət günləri minlərlə yunan evə qayıdıb. Onlar pullu yollardan iki gün haqq ödəmədən istifadə edəcəklər. Qatarlarda, hətta milli aviareyslərdə biletin qiyməti aşağı salınıb.

Yunan xalqı qorxu və ümid arasındadır. Səsverməyə yalnız bir sual çıxarılır: Kreditorların 25 iyunda irəli sürdükləri tələblərlə razısınızmı? İki cavab variantı var: “oxi” – yəni yox, “нэ” – yəni hə. “Əgər “hə” qalib gələrsə, hökumət danışıqlar üçün Brüsselə yollana biləcək. Lakin orada danışıqlardan imtina edə bilərlər. Əgər “hə” qalib gəlsə, bu halda da vəziyyət çox mürəkkəb olacaq” - professor Statis Kalivas belə düşünür.

Hər iki variantı Yunanıstanda demək olar bərabər sayda insan dəstəkləyir. Səsvermənin ilkin nəticələri bu gün Bakı vaxtı ilə saat 23.00-da açıqlanacaq.


Teqlər:  





Xəbər lenti