"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Troyan 2015-ci ilin əvvəlindən aktivləşməyə başlayıb. Cinayətkarlar onu "WhatsApp” adı altında gizlədərək qeyri-rəsmi mobil əlavələr mağazaları vasitəsilə yayırlar.
Proses bu şəkildə gedir: saxta "WhatsApp” ilə ilk "apk” fayl yükləndikdən sonra zərərli proqram istifadəçiyə əlavədən istifadəyə görə ödəniş etməyi təklif edir. Ödəniş başa çatdıqdan sonra əlavə paketlərin olduğu ikinci "apk” yüklənməyə başlayır. Sonra troyan əməliyyat sistemində quraşdırılmaya keçərək inzibatçının hüquqlarını, o cümlədən SMS-bildirişin göndərilməsi üçün icazəni istəyir.
Virus istifadəçinin mobil hesabını boşaldaraq ödənişli nömrələrə qeyri-qanuni SMS-bildirişlər göndərir. Bundan başqa, zərərli proqram müstəqil şəkildə zənglər edə və uzaq məsafədə yerləşən serverə qurğu və sistem haqqında məlumatlar göndərə bilir.
Teqlər: