Yunanlar Avropaya "yox" deyirlər
Xatırladaq ki, bu gün Yunanıstanda ölkənin beynəlxalq borcları ilə bağlı referendum keçirirlir. Onlar bu gün kreditorların şərtlərini qəbul edərək "kəmərləri sıxma" siyasətini davam etdirib, etdirməklə bağlı qərar verəcəklər. Lakin sorğuda seçicilərə cavab verməkdən imtina imkanı da yaradılıb.
Bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları "yox" deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin bəzən insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.
Bəzi yunanlar referendumda "hə" deməyə çağırırlar.
Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.
Teqlər: