Klintondan sərt oğurluq ittihamı

Klintondan sərt oğurluq ittihamı
  06 İyul 2015    Oxunub:2152
ABŞ prezidentliyinə Demokrat partiyasının namziədlərindən biri olan Hillari Klinton Çini Amerikanın dövlət və kommersiya sirrlərini oğurlamaqda ittiham edib.
Onun təbirincə, Çin "Amerikada tərpənməyən hər şeyi hək eləməyə çalışır".
Bununla bağlı Klinton amerikalıları sayıqlığa çağırıb.

Bundan bir qədər əvvəl amerika rəsmiləri ABŞ hökümət agentliyinə kiber hücuma görə əsas şübhəlinin Çinin olduğunu bildirmişdilər.

Çin, öz növbəsində, həmin ittihamları rədd edərək ABŞ-ın iddialarını "məsuliyyətsiz" adlandırmışdı.

New Hampshire ştatında keçirilən tədbirdə çıxış edən Klinton, o cümlədən, hərbi qüdrəti sürətlə artan Çinin mübahisəli ərazilərdə hərbi obyektlər qurduğunu və ABŞ ilə müqavilələr imzalamış örkələrə təhlükə yaratdığını vurğulayıb.

Çinin artan hərbi qüdrəti qarşısında risk altında qalan ABŞ ilə müqaviləli ölkələr arasında Hillari Klinton Fillipini misal çəkib.

Hillari Klinton prezident Barak Obamanın birinci prezidentlik dövründə ABŞ Dövlət katibi vəzifəsini tutub.


Teqlər:





Xəbər lenti