İsrailə qarşı etirazlar böyüyür - VİDEO

İsrailə qarşı etirazlar böyüyür - VİDEO
  06 İyul 2015    Oxunub:2601
İsrail ordusunun Qəzza blokadasını keçməyi hədəfləyən 3-cü Azadlıq donanmasının başındakı “Marianne” adlı balıqçı gəmisinə beynəlxalq sularda müdaxilə etməsinə etirazlar getdikcə böyüyür. Bir həftə öncə baş verən müdaxilədə həbs edilənlər arasında rus jurnalist də var.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Qəzzaya humanitar yardım aparmaq üçün Yunanıstandan yola çıxan və tərkibində müxtəlif ölkələrin vətandaşlarının olduğu 3-cü Azadlıq donanmasında İsrail tərəfindən saxlanılan fəallardan 3-u azad edilsə də, 13 nəfər hələ də İsrail həbsxanalarındadır. Onların arasında “Fələstin dirənişi” adlı kitabıyla tanınan rus jurnalist Nadejda Kevarkova da var.

Nadejdanın həyat yoldaşı tanınmış jurnalist Maksim Şevçenko isə İsrail əsgərləri tərəfindən saxlanılanların günahsız olduqlarını və onların ən qısa zamanda azad ediləcəklərinə inanır:

“Nadejda Kevarkovanı Azadlıq donanmasına qatılmağa sövk edən ədalətsizliyə qarşı etirazdı. Uzun illərdir ki, İsrail iki milyona yaxın qəzzalını konslager şəraitində saxlayır. Mütəmadi olaraq onlara bomba yağdırılır. Ən təməl insanı ehtiyacları qarşılanmır. İsrail isə sanki hər şey normaldır və belə də olmalıdır kimi siyasət aparır. Ancaq bu alınmayacaq, dünyada Azadlıq donanmasına olan dəstəyin getdikcə artması da bunu göstərir”.

Daha öncə 2010-cu ildə İstanbuldan 500 nəfərlə yola çıxan “Mavi Marmara” gəmisinə də İsrail ordusu müdaxilə etmiş və silahlı qarşıdurmada 9 nəfər həyatını itirmişdi.

İkinci Azadlıq donanması isə bir il sonra təşkilatçılıq problemləri səbəbindən ləğv edilmişdi.




Teqlər:





Xəbər lenti