Yunanıstandakı referendumun Azərbaycana təsiri ola bilərmi?

Yunanıstandakı referendumun Azərbaycana təsiri ola bilərmi?
  06 İyul 2015    Oxunub:3692
“Yunanıstanda keçirilən referendumun nəticələri həm yunanlar, həm də qədim qitənin digər üzvləri üçün iqtisadi baxımdan ciddi heç nə dəyişmirdi. Afina Brüsselə “yox” dedi. Amma hətta qədim filosofların vətənində kreditorlar üçün “isti külək” əssəydi də belə, qısa, hətta orta müddətli dövrdə tərəflər dönüş edə bilməyəcəkdilər”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Yunanıstanda keçirilən referenduma münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, böhran yunanları pulsuz qoyub: “Ötən 5 ildə isə qərblilər Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək özəlləşdiriblər. Deməli, beynəlxalq maliyyə qurumlarının və hətta Avropa Birliyinin “anti-böhran resepti” ölkəni “sıfır cəmli oyununu” iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, strateji baxımdan oyunda nəticə dəyişməyəcək: Afinanın taboladan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominatlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrinə öz hesablarına xeyili xallar yazmasına çoxdan imkan yaradıb.

Təbii ki, Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır. Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir. Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin ¼-nin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq Yunanıstanda böhran başa çatmasında maraqlı olan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu desək yanılmazdıq. Gözlənilir ki, referendum nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranın ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asıllığını yumşaltmaqda maraqlı görsənir”,- iqtisadçı alim əlavə edib.

V. Bayramov vurğulayıb ki, Yunanıstan defoltunun Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcək: “Bir tərəfdən, fond artıq xeyli vaxtdır “avrsozulaşma” siyasəti aparır. Digər tərəfdən isə bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənilir. Sözügedən dövlətlədə səhmlərin qiymətində artımlar gözlənilir. Bu isə, okeanın o tayında vəsaitinin təxminə yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendum nəticələri Azərbaycan ilə Avropa arasında iqtisadi əlaqələrə da təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir.

Beləliklə, Afinada yeni mərhələnin başlanğıcındadır: bu ölkədə hətta sabahı proqnozlaşdlrmaq çətin olsa da belə. Berlin və Parisdə isə təlaş hiss edilmir. Bu gün Parisdə baş tutacaq Almaniya və Fransa liderlərinin görüşündə səslənəcək bəyanatın mətni heç də fenosian hərifləri ilə yazılmayacaq”. – V. Bayramov bildirib.

Elvin Abduqədirov


Teqlər:  





Xəbər lenti