Çipras Avropaya meydan oxudu: `Bizi şantaj edə bilməzlər`
AzVision.az-ın məlumatına görə, referendumun nəticələri barədə danışan Yunanıstanın baş naziri Aleksis Çipras çıxışı ilə Avropa İttifaqına sözün həqiqi mənasında meydan oxuyub.
A. Çipras bildirib ki, referendumun nəticələrinə görə, qalib, ya da məğlub yoxdur: “Yunan xalqı parlaq bir səhifə yazdı. Biz demokratiya ilə şantaj edilə bilinməyəcəyimizi sübut etdik”.
Baş nazir hesab edir ki, referendum Yunanıstanın Avropa İttifaqından çıxması üçün səlahiyyət vermir.
Qeyd edək ki, Yunanıstan referendumunun nəticəsi açıqlanandan sonra Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrinin fövqəladə sammitini çağırıb. Sammitdə Yunanıstanın avrozonada qalıb-qalmaması məsələsi həll olunacaq.
Elvin Abdulqədirov